SON XƏBƏR

Rauf Əliyev: Azərbaycanın UNESKO ilə əməkdaşlığı çox yüksək səviyyədədir

İyul 01
14:23 2019
İyunun 30-da Bakı şəhərində, Heydər Əliyev Mərkəzində UNESKO-nun  Ümumdünya  İrs Komitəsinin  43-cü sessiyasının açılış mərasimi keçrilib. Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında dünyanın 180 – dan çox ölkəsindən 2500-dən artıq nümayyəndəsi iştirak edir. Nümayyəndə heyyətlərinin tərkibində sesiyanın işinə nazirlər, müxtəlif təşkilatların baş direktorları, beynəlxalq qurumların Azərbaycandakı təmsilçiləri və səfirləri, Azərbaycan hökumətinin üzvləri qatılıblar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri  Mehriban xanım Əlyeva mərasimdə çıxış edib. Mehriban xanım Əliyeva çıxışında bildirmişdir ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra mədəni, tarixi və dini irsin qorunması Azərbaycanın dövlət siyasətində əsas prioritetlərindən birinə çevrilib və son illərdə Azərbaycan UNESKO-nun tərəfdaşlığı ilə  bir sıra möhtəşəm layihələrə forumlara, tədbirlərə ev sahibliyi edib.  

Dünya Mədəniyyət Mirasları Syahısı UNESKO-nun Ümumdünya  İrs Komitəsi tərəfindən təyin olunmuş və yerləşdikləri ölkələrin dövlət orqanları tərəfindən zəmanət verilmiş, bütün dünya üçün əhəmiyyətli bir dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin siyahısıdır. Dünya Mədəniyyət Mirasları siyahısının yaradılmasında məqsəd, bütün insanlara məxsus olan dəyərlərin qorunmasında beynəlxalq əməkdaşlığı həyata keçirtməkdir. Müntəzəm olaraq yenilənən siyahıya 2004-cü ildən etibarən  134 ölkəyə aid 788 abidə daxil edilmişdir. Bunlardan 617-si mədəniyyət, 154-ü təbii, 23-ü isə mədəni və təbii abidələrdir. Azərbaycandan bu siyahıya Bakı şəhərinin tarixi incisi olan "İçərişəhər” Dövlət, Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı  Kompleksi, Qız Qalası və Qobustan Milli Tarix-Bədii Qoroğu  daxil edilmişdir. Bu il ölkəmiz tərəfindən  Şəkinin Xan  Sarayı ilə birgə şəhərin tarixi mərkəzinin  UNESKO-nun  Ümumdünya  İrs Siyahısına salınması təklif edilib. Bundan əlavə müvəqqəti siyahıya Azərbaycandan ümumilikdə 22, o cümlədən 5 təbii və  17 mədəni abidə daxil edilmişdir ki, gələcəkdə bunların da daimi siyahıya salınmasına baxılacaqdır.

Azərbaycan Respublikası 1992-ci ildə  UNESKO-ya üzv qəbul edilib, 1996-cı ildə isə təşkilat ilə  Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu il əməkdaşlığımızın 27-ci ildönümü qeyd olunacaq. Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın bir çox sahələrdə - mədəniyyət, elm, təhsil və digər sahələrdə uğurla davam etdirilir.  Bu əlaqələrin yaradılmasında, inkişaf etdirilməsində və belə yüksək səviyyəyə çatmasında Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Onun bu sahədəki fəaliyyəti nəticəsində  Azərbaycanla UNESKO arasındakı əməkdaşlıq  yüksək səviyyəyə çatmışdır. Bakıda öz işinə başlayan Ümumdünya İrs Komitəsinin 43-cü sesiyası buna bariz nümunədir.

Bütün bunlar Azərbaycanın artan beynəlxalq nüfuzundan xəbər verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham  Əliyevin rəhbərliyi ilə  həyata keçirilən hərtərəfli düşünülmüş siyasət göstərir ki bundan sonra da  Azərbaycanın uğurları bütün sahələrdə durmadan artacaq.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook