SON XƏBƏR

Rəsmi Moskva Ermənistanın cavabını verdi: "KTMT-nin münaqişəyə müdaxiləsi..."

Oktyabr 23
15:10 2020
Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Pankin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycanla Ermənistan arasındakı münaqişəyə mümkün müdaxiləsi barədə suala cavab verib.

Qlobal.az xəbər verir ki nazir müavini bu barədə danışmağın düzgün olmadığıni deyib:

"Münaqişə Dağlıq Qarabağ ərazisində olduğu və Ermənistanın ərazisinə keçmədiyi üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının münaqişəyə müdaxiləsi barədə danışmaq düzgün deyil. Münaqişə əraziyə keçməyib, Ermənistandan heç bir rəsmi müraciət olmayıb. KTMT üzv ölkələrə müəyyən təcavüz olduqda kömək edir. Ermənilər özləri tərəfindən ərazilərinin bir hissəsi kimi tanınmayan və yəqin ki, heç vaxt tanınmayacaq Dağlıq Qarabağdan bəhs edərkən, KTMT-nin müdafiə potensialından istifadə barədə danışmaq düzgün deyil".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook