SON XƏBƏR

Rus-Türk ortaq monitorinq mərkəzləri harada yerləşəcək? (ŞƏRH)

Noyabr 19
16:21 2020
"Azərbaycan ərazisində monitorinq mərkəzindən əlavə, mütləq mənada Laçında, xüsusi ilə də Ermənstan-Azərbaycan sərhədində və Şuşa şəhərində türk əsgərlərinin və türk hərbi texnikasının olmasına ehtiyacımız var. Bu, gələcək prespektivdə Azərbaycanın vacib layihələrinin təhülkəsizliyinə təminat verəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya prezidenti Vladimir Putinin "Ortaq monitorinq mərkəzinin harada yerləşəcəyinə yalnız Azərbaycan özü qərar verə bilər” fikirini şərh edərkən deyib. 

Monitorinq mərkəzinin Azərbaycan torpağında yerləşdirilməsi məsələsində gəlincə, Natiq Miri monitorinq mərkəzinin Dağlıq Qarabağ ərazisində də olacağını əsas sayır:

"Əgər bütün ərazilər Azərbaycanındırsa, düşünürəm ki, bu, təkcə Azərbaycan əsgərinin işğaldan azad etdiyi torpaqlarda deyil, bütün ərazilərdə, eyni zamanda Putinin vurğuladığı kimi Dağlıq Qarabağ ərazisində də mövcud olmalıdır. Niyə? Əgər təmas xətti anlayışı varsa, ayrıca hələ də Putin "status-kvo”nun, yəni Dağlıq Qarabağın status məsələsinin qeyri-müəyyənliyindən danışırsa və "status-kvo”nun qalacağına işarə edirsə, bu o deməkdir ki, tanınmamış qondarma "Dağlıq Qarabağ” rejimi mövcud olacaq. Bu həm də o anlama gəlir ki, əgər qondarma rejim mövcud olacaqsa, status məsələsi həll olunana kimi, "status-kvo”, "DQR” qalacaqsa, demək ki, onların silahlı qüvvələri də qalacaq. Əslində təmas xətti anlayışı bundan ötrü bəyanata salınıb. Düşünürəm ki, əgər qarşı tərəfdə həqiqətən də qondarma rejim öz silahlı qüvvələri ilə mövcud olacaqsa, demək ki, bu qüvvələrə də nəzarətə ehtiyac var. İlk növbədə prinsipial olaraq bu məsələ də öz həllini tapmalıdır. Hər şey Putinin istəyi ilə yerinə yetirilməli deyil. Bu, həm də Azərbaycan dövlətinin maraqlarına uyğun olmalıdır. Bu da təkcə Azərbaycanın işğaldan azad olan torpaqlarda deyil, azad etmədiyi digər torpaqlarda - Xankəndi, Ağdərə, Xocavəndin bəzi ərazilərində, Xocalı və Əsgəranda da monitorinq mərkəzləri yaradılmalıdır”.

Natiq Mirinin fikrincə, işğaldan azad olunan ərazilərdə, ilk növbədə Laçında, xüsusən də Ermənistan-Azərbaycan sərhədində belə bir monitorinq mərkəzinin varlığına ehtiyac var:

"Təkcə monitorinq mərkəzi yetərli deyil, hətta Laçın və Laçın dəhlizində türk hərbiçilərinin paralel olaraq keşiş çəkməsinə ehtiyac var. Türk əsgərləri Laçından başqa Şuşa şəhərinin ərazisində də yerləşdirilməlidir. Bu, prespektiv üçün çox vacib və əhəmiyyətli məqamdır. Bundan əlavə, monitorinq mərkəzinin Kəlbəcər ərazisində də fəaliyyəti olamlıdır. Niyə? Kəlbəcər Ermənistanla həmsərhəd rayondur. Ermənistanın Vardenis rayonu ilə həmsərhəd olduğu üçün bu ərazilərdə də müşahidə məntəqələri olmalıdır. Kəlbəcər meşəlik ərazidir. Ərazini hələ də tərk etməyən erməni silahlı qüvvələri ola bilər. Ona görə ilk nöqtədə bu ərazilərdə mərkəzlər olmalıdır”. 

Natiq Miri hesab edir ki, bu, əslində təmas xətti anlayışı boyunca erməni silahllı qüvvələrinin yerləşə biləcəyi bütün əraziləri müşahidə etmək üçün vacibdir.
 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook