SON XƏBƏR

Rusiya Ermənistana iki təyyarə tibbi yardım göndərəcək

Aprel 07
16:16 2020
Rusiya Ermənistana koronavirusla mübarizə məqsədilə humanitar yardım göndərir.
Azvision.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

"Rusiyaya məxsus iki təyyarə koronavirusla mübarizə üçün lazım olan tibbi ləvazimatları Ermənistana çatdıracaq", - deyə məlumatda bildirilib.

Daha əvvəl, Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirmişdi ki, İrəvan Moskvadan 10 min ədəd koronavirus test sistemi istəyib, artıq 3000 sınaq testi ölkəyə çatdırılıb.

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 853 nəfərdir, ölkədə 14 aprelə kimi fövqəladə vəziyyət elan edilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook