SON XƏBƏR

Rusiya inqilabi yeniliyin astanasında – Sınaqlar başlayır

Sentyabr 16
11:32 2019
Yaxın günlərdə Rusiya Sosial Müdafiə Nazirliyində dördgünlük iş həftəsinin "pilot buraxılışı”nın müzakirəsiylə bağlı toplantı keçirilməsi planlaşdırılır. 

Qaynarinfo KP.ru-ya istinadən xəbər verir ki, bu cür ekperimentlərin əmək məhsuldarlığının artırılması üzrə milli layihənin bir hissəsi olan müəssisələrdə aparılması nəzərdə tutulur. Bu haqda məlumatı İqtisadi İnkişaf Nazirliyinin müavini Pyotr Zaselski verib. 

Onun sözlərinə görə, kompaniyaların işçilərinin çoxu vaxtının 30-40 faizini demək olar ki, heç bir işlə məşğul olmurlar. 

"Bizim istədiyimiz iş günlərini azaltmaq yox, ondan daha məhsuldar istifadə olunmasıdır”, - nazir müavini qeyd edib. 

O, bildirib ki, hələlik dörd günlük iş rejiminə keçid üçün dəqiq parametrlər mövcud deyil və qısaldılmış iş həftəsinə keçməyin məqsədəuyğunluğu barədə son nəticə yalnız bu sxem müssissələrin çoxunda sınaqdan keçirildikdən sonra əldə edilə bilər.

Qeyd olunur ki, eksperimentdə tikinti, istehsalat, kənd təsərrüfatı, elmi-texniki fəaliyyətlə məşğul olan kompaniyalar iştirak edəcəklər.  



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook