SON XƏBƏR

Rusiya MN Qarabağda yaradılan müşahidə postlarının yerini dəqiqləşdirdi

Noyabr 19
00:57 2020
Rusiya sülhməramlıları Dağlıq Qarabağ münaqişə bölgəsindəki müşahidə postlarının mövqelərində yerdəyişmə ediblər.

TASS-ın məlumatına görə, hərbçilərin yerləşməsi barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov danışıb.

"Vəziyyətin 24 saat monitorinqi və atəşkəs rejiminə riayət olunmasına nəzarət sülhməramlı bölmələr tərəfindən 23 müşahidə postunda həyata keçirilir. "Şimal” məsuliyyət bölgəsində 11, "Cənub”da 12 müşahidə postu yaradılıb”, - deyə İ.Konaşenkov bildirib.

Qeyd edək ki, daha əvvəl 25 - "Şimal” və "Cənub” məsuliyət zonalarında doqquz, Laçın dəhlizində isə yeddi müvəqqəti post yaradılmışdı. (oxu.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook