SON XƏBƏR

Rusiya Türkiyə TIR-larına məhdudiyyətlər tətbiq etməyə başladı

May 11
18:21 2020
Rusiya avto-daşıyıcılarına qoyulan məhdudiyyətləri ləğv etmədiyi təqdirdə, cavab olaraq mayın 11-i saat 23: 00-dan etibarən Türkiyə yol nəqliyyat vasitələrinə məhdudiyyətlər tətbiq edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin saytında məlumat verilib.

Nəqliyyat naziri Yevgeni Ditrix rusiyalı həmkarını bütün məhdudiyyətlərin tezliklə qaldırılacağına əmin edən Türkiyə Nəqliyyat və İnfrastruktur naziri Adil Qaraismailoğlu ilə danışıqlar aparıb. Ditrix qeyd edib ki, bu edilmədiyi təqdirdə Rusiya Türk TIR-larına qarşı güzgü tədbirləri tətbiq edəcək.

Tərəflər iki dövlət arasında nəqliyyat vasitələri ilə daşınmalarda bütün məhdudiyyətlərin aradan qaldırılması üçün səy göstərməyə söz verib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook