SON XƏBƏR

Rusiya Türkiyənin müstəqil müşahidə məntəqəsi yaratmasına razı deyil

Noyabr 24
10:16 2020
Rusiya Türkiyənin Azərbaycan ərazisində müstəqil hərbi müşahidə məntəqəsi yaratmasını istəmir. 

Qaynarinfo xəbər verir ki, bu barədə nüfuzlu "Reuters" agentliyi məlumat yayıb. Agentliyin məlumatında bildirilir ki, müşahidə məntəqəsi ilə bağlı tərəflər arasında fikir ayrılıqları var.

"Rusiya hesab edir ki, Türkiyənin ortaq mərkəzdən asılı olmayaraq, regionda müşahidə məntəqəsi yaratmağa ehtiyacı yoxdur. Amma bu, Türkiyə üçün lazımdır”.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 9 noyabr razılaşmasına görə, atəşkəsi monitorinq edəcək mərkəz yaradılır. Həmin mərkəzdə də Türkiyə hərbçilərinin ruslarla birlikdə monitorinq aparacağı Ankara ilə Moskva arasında əldə olunan razılaşmada əksini tapıb. 

Agentlik bildirir ki, Azərbaycanın sadiq müttəfiqi olan Türkiyə də öz təhlükəsizliyi üçün əsas hesab etdiyi regionda nüfuzunu artırmaqdan ötrü öz müstəqil müşahidə məntəqəsinə malik olmaq istəyir. Amma Rusiya buna ehtiyac duymur. 

Hələlik tərəflər arasında bu məsələ ilə bağlı danışıqlar davam edir. Türkiyə son nəticədə Rusiya ilə kompromisə nail olmağa ümid edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook