SON XƏBƏR

Rövnəq Abdullayev Fəxri xiyabanda - FOTOLAR

Sentyabr 20
17:28 2020
Əməkdaşlarımız bu gün Fəxri xiyabanda SOCAR prezidenti Rövnəq Abdullayevlə qarşılaşıb. Əməkdaşlar SOCAR prezidentinin maşınını Fəxri xiyabanın qarşısında görərək ona yaxınlaşıblar.

R.Abdullayev jurnalistin suallarını cavablandırmaq istəməyib. Məlum olub ki, o, Fəxri xiyabana 20 sentyabr – Neftçilər Günü münasibətilə gəlib.

Rövnəq Abdullayev ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarlarını ziyarət edərək, gül dəstələri düzüb.

R.Abdullayev daha sonra görkəmli neftçilər Süleyman Vəzirov və Neftçi Qurbanın (Qurban Abbasov) məzarlarını da ziyarət edib.

Fotoqrafımız SOCAR prezidentinin Fəxri Xiyabanda bir neçə fotosunu çəkməyə nail olub. Həmin fotoları təqdim edirik:
 

 

 

 

 

 

 

 

 

 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook