SON XƏBƏR

Saatlının icra başçısı Kanadadakı villa xəbərini təkzib etdi

Sentyabr 03
19:58 2019
03 sentyabr 2019-cu il tarixdə müxtəlif saytlarda "azeuronews.com”- a istinadən "guya mənim, yəni Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadanın paytaxtı Torontonun "North York” bölgəsində dəyəri 1 milyon 300 min dollar (2 milyon 210 min manat) olan mülk aldığı və həmin əmlakın alınmasına dair çıxarışın surəti” barədə material dərc olunmuşdur.



Bildirirəm ki, yazıda qeyd olunanlar əsasız və böhtan xarakterlidir. Mən bunları rədd edir, dərc olunan sənədin saxta olduğunu bildirir və bəzi KİV-lərin reytinq naminə dəqiqləşmə aparmadan yalan məlumat yaymalarından dərin təəssüf hissi keçirirəm.

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov
 
***
 
Qeyd edək ki, bu gün bəzi saytlarda Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada şirkəti və mülklərinin olduğu barədə məlumatlar yayılıb. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook