SON XƏBƏR

Sahil Babayevin diqqətinə: DSK sədri "DOST"dan maaş alır - SƏNƏD

Fevral 18
13:27 2020
Nəticəsi ləğv olunan 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin sədri həm də DOST Mərkəzində çalışırmış. 
 
Bu barədə unikal.org saytı məlumat yayıb. 

Məlumata görə, sözügedən dairə seçki komissiyasının sədri Rufiyev Əlövsət Rufi oğlu ötən ilin okyabrından DOST Mərkəzi MMC-də fəhlə kimi çalışır.
 
Qeyd edək ki, bir müddət öncə Lənkəranda 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdan keçmiş "LƏNKƏRAN CİTY TRAVEL" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçi Heydərli Babək Xeybər oğlu rayon üzrə "DOST İş Mərkəzi”ndən maaş alanların siyahısında olduğu barədə məlumat yayılmışdı. 
 
Onu da qeyd edək ki, Babək Heydərlinin anası Nəzakət Heydərova Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır. 
 
Yayılan fakta nə Lənkəran Şəhər İcra Hakimiyyəti, nə də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi münasibət bildirmədi. 
 
Qlobal.az
 
"DOST"dan maaş alan DSK sədrinin sənədləri
 

 

 
"LƏNKƏRAN CİTY TRAVEL" MMC-nin rəhbərinin "DOST" siyahısı
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook