SON XƏBƏR

Salyan rayonunda xüsusi karantin rejimi ilə əlaqədar növbəti reyd keçirilib - FOTO

Avqust 11
14:25 2020
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsi keçirilib.
 
Müşavirədə xüsusi karantin rejimi tətbiq edilən bölgələrdəki epidemioloji vəziyyət müzakirə olunmuş, ölkə üzrə bütün rayonlarda karantin qaydalarının icra vəziyyəti qiymətləndirilib.

Bununla əlaqədar olaraq 10 avqust 2020-ci il tarixində Salyan Rayon İcra Hakimiyyətinin başçısı və Hüquq-Mühafizə orqanlarının rəhbərləri rayon ərazisində xüsusi karantin rejimi ilə əlaqədar növbəti reyd keçirib.
 
Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, onlara sanitar rejimin tələbləri izah edilmiş, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etməkləri tövsiyyə olunmuşdur.
 
Qlobal.az
 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook