SON XƏBƏR

Salyanda koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq üçün maarifləndirmə işləri mobil qruplar tərəfindən davam etdirilir

Mart 30
15:38 2020
Ölkəmizdə koronaviris infeksiyası ilə mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Salyan rayonunda da mobil qruplar tərəfindən davam etdirilir.

Rayon İcra Hakimiyyətinin əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və polis orqanlarının nümayəndələri rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılmasını gücləndiriblər. Yol Polisinin əməkdaşları nəqliyyat vasitələri ilə binaların qarşısında və mərkəzi küçələrdə səsgücləndiricilər vasitəsilə vətəndaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət edirlər.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook