SON XƏBƏR

Şöbə müdirinin tələbələrə "atdığı" təhsil haqqının taleyi necə olacaq? - Rektordan AÇIQLAMA

Yanvar 29
13:02 2021
"Hüquq mühafizə orqanlarının apardığı araşdırmadan sonra tələbələrin ödədiyi təhsil haqqı ilə bağlı yekun qərar veriləcək".

Bunu Unikal.org-a açıqlamasında Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyeva deyib. Rektor qeyd edib ki, ali təhsil müəssisəsinin Qiyabi və əlavə təhsil şöbəsinin müdiri Dürdanə Əliyevadan bir xəbər olmadığı bildirib:

"Hazırda prokurorluq araşdırma aparır. Biz onlarla birgə tələbələrin ödənişini müzakirə edəcəyik. Ola bilməz ki, tələbələrə hər hansı bir zərbə dəysin. Biz tələbələrə qarşı dələduzluq edən Dürdanə Əliyevanı tapa bilmirik. Tapsaq uşaqların pulunun geri qaytarılmasını tələb edərdik".

Qeyd edək ki, Qiyabi və əlavə təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın tələbələrin 140 min AZN miqdarında olan təhsil haqqını mənimsəməsiyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook