SON XƏBƏR

Səfirlik ABŞ-dakı kütləvi iğtişaşlarla bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

İyun 03
13:45 2020
Azərbaycan səfirliyi ABŞ-dakı Azərbaycan Respublikası vətəndaşlarına xəbərdarlıq edib.

APA-nın xəbərinə görə, Azərbaycan Respublikası vətəndaşlarına ABŞ-ın bir sıra şəhərlərində davam edən hadisələrlə əlaqədar xəbərdarlıq olunub.

"ABŞ-ın bir sıra şəhərlərində davam edən hadisələrlə əlaqədar ciddi şəkildə tövsiyə edirik ki, etiraz və kütləvi iğtişaşların baş verdiyi ərazilərdə fərdi sağlamlıq və təhlükəsizliyə yaranan təhdid və riskləri nəzərə alaraq, hazırda ABŞ-da olan Azərbaycan Respublikasının vətəndaşları həmin yerlərə getməkdən çəkinsin, iğtişaşların baş verdiyi ərazilərə səfərlərin nəzərdə tutulduğu təqdirdə belə səfərlərin təxirə salınması imkanını nəzərdən keçirsin və yaşadıqları ərazilərdə müvafiq yerli hakimiyyət və hüquq-mühafizə orqanlarının təyin etdiyi qaydalara, o cümlədən tətbiq edildiyi hallarda komendant saatına riayət etsin. Ölkəmizin vətəndaşları ilə bağlı hər hansı bir hadisənin baş verdiyi təqdirdə Səfirliyin qaynar xəttinə məlumat verilməsi xahiş olunur. Qaynar xətt: 202 560 35 83”, - deyə qeyd olunub.

Xatırladaq ki, ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümünə qarşı keçirilən kütləvi etiraz aksiyalarında ən azı 11 nəfər ölüb, yüzlərlə insan yaralanıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook