SON XƏBƏR

Səfirlikdə işləyən azərbaycanlı gənc qadının lüks oteldə başına gələnlər...

Sentyabr 07
00:36 2020
Rumıniyanın paytaxtı Buxarestdən anasının müalicəsi üçün İstanbula gedən azərbaycanlı gənc qadın yerləşdiyi lüks oteldə pulunun oğurlanmasından şikayət edib. Əvəzində onu "oteldən çölə atmaqla” hədələyiblər.

Virtualaz.org "Sabah” qəzetinə istinadən xəbər verir ki, "Rumniya səfirliyinin katibi olan Azərbaycan vətəndaşı gənc qadın” N.M. anasının müalicəsi ilə bağlı İstanbula gəlib. Anası və atası ilə birlikdə səhər saatlarında lüks otellərdən birinə yerləşiblər. (Xəbərin bu məqamı xeyli dolaşıqdır-qadının Azərbaycan vətəndaşı olduğu göstərilsə də onun Rumniyanın səfirliyində necə işlədiyi aydın deyil. Virtualaz.org dəqiqləşdirib ki, Azərbaycanın Rumniyadakı səfirliyinin əməkdaşları arasında N.M. hərfləri ilə başlayan ad-soyada malik qadın yoxdur-red.) Ona ayrılan otağın hazırlanmasını gözələyən N.M. bu arada valideyinlərinin otağında dincəlib. Yanlarında gətirdikləri 27.500 avronu otel nömrəsindəki şifrəli kassaya qoyub. Otel əməkdaşına kassanın nə dərəcədə etibarlı olduğu haqda suallar verib.  Ailə bir neçə saat sonra xəstəxanaya gedib və geri qayıdanda kassanı yoxlayıblar. Bu zaman pulun əksik olduğunu görüblər.

N.M. pulları sayanda 2 min avronun çatmadığını görüb. Təlaşa qapılan gənc qadın valideyinləri ilə birlikdə resepsiona enib otel əməkdaşına bu haqda bildirib, pullarının oğurlandığını deyib. Lakin otel əməkdaşı qadına kassanı öz şifrəsi ilə açdığı halda onları oğurluqda ittiham edə bilməyəcəyini deyib. Mübahisə yaranıb və otel inzibatçısı qadını onları müştərilərin yanında alçaltdığını deyib, "sizi bu gecə oteldən atarıq” deyə hədələyib.

N.M. polisə zəng vurub, kamera görüntülərinin araşdırılmasını istəyib və otel rəhbərliyinin, habelə kassadan 2 min avronu oğurlayan şəxsdən şikayətçi olduğunu bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook