SON XƏBƏR

Şəhid anası Zakir Həsənova yazdı

Noyabr 06
12:54 2019
Şirvan şəhər  sakini, şəhid anası Rəhimova Zemfira Gülhüseyn qızı müdafiə naziri Zakir Həsənova müraciət edib.

Məktubda şəhid anası nazirdən kömək istəyib:
 
"Mən 2015-ci ilin 15 dekabr tarixində Ağcəbədi rayonun Qiyaməddinli kəndində hərbi xidmətdə olarkən düşmən tərəfin atəşkəsi pozması nəticəsində döyüş zamanı aldığı güllə yarasından  şəhid olan Rəhimli Nihad İltifat oğlunun anasıyam. Cənab nazir, sizinlə görüşmək istəyirəm. Sizdən şəhid anası olaraq xahiş edirəm məni qəbul edəsiniz”.

Z.Rəhimova nazirə qəbulda mühüm bir məsələni çatdıracağını qeyd edib: "Cənab nazir, siz həmişə şəhid ailələrinə diqqətli olmusunuz. Ümidvaram ki, məni də qəbul edəcək, müraciətimə həssaslıq göstərəcəksiniz”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook