SON XƏBƏR

Şəhid Səfalı Əliyevin anım günü qeyd olunub - FOTOLAR

Avqust 26
10:01 2019
Avqust ayının Sumqayıt şəhərində məskunlaşan məcburi köçkünlərin ictimai şurası Qarabağ qaziləri-kəşfiyyatçıları ilə birgə Qarabağ müharibəsi zamanı ərazi bütövlüyümüz uğrunda şəhid olmuş Səfalı Əliyevin anım gününü keçirmişdir.
 
Anım gününə Sumqayıt şəhəri şəhidlər xiyabanından başlayan iştirakçılar, əvvəl xiyabanda dəfn edilmiş şəhidin məzarını ziyarət etmiş, sonra 12 ci mikrorayonda məcburi köçkün şəhərciyində məskunlaşan şəhidin ailə üzvləri ilə görüşmüşdür.
 
Görüşdə Qarabağ qaziləri, keçmiş kəşfiyyat rəisi Dağbəyi Məhiyyədinov və onun müavini olmuş Tofiq Musayev, kəşfiyyat bölük komandiri Müşviq Quliyev, şəhidin digər döyüş dostları Qarabağ qaziləri, keçmiş kəşfiyyatçılar və Sumqayıt şəhəri üzrə məcburi köçkünlərin ictimai şurasının sədri Qəzənfər Hüseyn çıxış etmişlər.
 
Görüş çox həssas mühitdə keçmiş, şəhidimizin ailə üzvlərinin qəlbində uzun müddətə xüsusi minnətdarlıq duyğuları əks etdirəcək hisslər yaşanmışdır.
 
Sonda bütün görüş iştirakçıları qəhrəman övlad yetişdirdiyi üçün anaya minnətdarlıq bildirmiş, əlindən opərək onunla xudahafizləşmişlər. Bu gün həmçinin ərazi bütövlüyümüz uğrunda şəhid olmuş İbrahimov Mirbəşir Bağır oğlunun da məzarı ziyarət edilmiş, döyüş dostları onu xatırlayaraq ruhuna dualar etmişlər. Keçmiş kəşfiyyatçılar bu gün də döyüş əzmindədirlər, hər an Qarabağ uğrunda savaşa hazır olduqlarını yüksək ruhla bəyan edirlər.
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin! 
 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook