SON XƏBƏR

Şəhidlərimizin məzarı yanındakı Azərbaycan bayrağına qarşı hörmətsizlik

İyun 05
13:31 2020
2016-cı ildə baş tutan Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmiş Əbdülməcid Axundovun və Rəşid Baxşəliyevin məzarı yanındakı Azərbaycan bayrağı naməlum şəraitdə asıldığı dirəkdən çıxarılaraq, kənara atılıb. 

Bununla bağlı Oxu.Az-a Ə.Axundovun anası Ceyran Həsənova məlumat verib. 

Onun sözlərinə görə, bu, ilk hal deyil:

"Dəfələrlə bu kimi hallarla qarşılaşmışıq. Bu gün səhər də oxşar mənzərənin şahidi olduq. Dirəklər yerindən çıxarılıb, bu zaman şəhidlərimizin qəbirləri də zədələnib, bayraqlar isə yerə atılıb. Polisə müraciət etmişik”.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook