SON XƏBƏR

Səməd Seyidov: Avropa Parlamentində qəbul edilən sənəd gözlənilən nəticə idi

Dekabr 19
03:22 2018
"Avropa Parlamentində qəbul edilən sənəd, Azərbaycanla bağlı atılan addımlar vacib və gözlənilən nəticə idi. Bəzi beynəlxalq təşkilatlarda Azərbaycana qarşı çox hiyləgər siyasət aparılır. Bu siyasətin mahiyyəti gündəmi dəyişdirməkdir. Burada isə məqsəd Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələni başqa, korrupsiya, insan haqları məsələləri ilə əvəz etməkdir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

S.Seyidov  bildirib ki, millətimizin ən ağırılı problemi olan Dağlıq Qarabağ məsələsi bu gün Avropanın ən böyük, nüfuzlu, təsiretmə imkanına malik olan, Avropa üçün istiqaməti müəyyən edən Avropa Parlamentində birmənalı şəkildə öz əksini tapıb. Onun sözlərinə görə, Avropa Parlamentində münaqişə ilə bağlı bir neçə nəticə var ki, bu nəticələr mütləq şəkildə səslənməlidir.

"Cəmi iki il bundan öncə Avropa Parlamenti Azərbaycana qarşı ağılasığmaz dərəcədə mənfi qətnamə qəbul etmişdi. Lakin Azərbaycan iqtidarının, parlamentinin, mütəşəkkil, ardıcıl, məntiqli, eləcə də parlamentin daxilində beynəlxalq əlaqələrlə bağlı çox səmərəli, işgüzar, dəstək formasında görülən işlər nəticəsində belə gözəl nəticə əldə edildi. Bütün bunlar  birgə görülən işlərin nəticəsidir”-deyə, komitə sədri vurğulayıb.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook