SON XƏBƏR

Səni nə məcbur edir ki, bu tribunadan Azərbaycanın tezislərini təkrarlayasan?...” - Ermənistan parlamentində dava (VİDEO)

Yanvar 16
13:54 2019
Ermənistan parlamentinin bu günkü iclasında "Çiçəklənən Ermənistan” və "İşıqlı Ermənistan” fraksiyalarının deputatları arasında qarşıdurma olub. virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, "İşıqlı Ermənistan” fraksiyasından deputat Arman Babacanyan çıxışında Ermənistan hökumətinin xarici siyasətini tənqid edib. Bildirib ki, son illər Ermənistanın xaricdəki səfirləri vəzifələrinə əsasən şübhəli bioqrafiyaya və krimina keçmişə malik olan adamlar təyin olunurlar. Onun sözlərinə görə, Ermənistanın Ukraynadakı keçmiş səfiri Andranik Manukyan buna misaldır.
"Çiçəklənən Ermənistan” fraksiyasının katibi Arman Abovyan isə Babacanyana cavab verib, onu "Azərbaycanın tezislərini təkarlamaqda” günahlandırıb.
"Cənab Babacanyan, yəqin fərqində deyilsiniz ki, mən üç il Ermənistanın Ukraynadakı səfiri Andranik Mankyanın müşaviri olmuşam. Həmin tezislər ki, siz onları indi burada səsləndirdiniz, informasiya məkanına əsasən Azərbaycanın tərəfindən atılıb. Sizi nə məcbur edir ki, bu tribunadan neoazərbaycan tezislərini təkrar edəsiniz?”-o bildirib.
"İşıqlı Ermənistan” fraksiyasının deputatları bu vaxt yerlərindən Abovyana etiraz ediblər, prosesə "Çiçəklənən Ermənistan” fraksiyasından deputatlar da qoşulublar. Nəticədə zalda "İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyanla  "Çiçəklənən Ermənistan” fraksiyasının rəhbəri  Qrant Mədətyan arasında qarşıdurma olub. Digər deputatların və spiker Ararat Mirzəyanın müdaxiləsindən sonra tərəflər sakitləşibilər. 
 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook