“Sərin Göl” restoranında nişan mərasimi etmək isyəyən şəxslər saxlanıldı - FOTO
İyul 04
10:19
2020
İyul ayının 3-də Qazax Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən "Sərin Göl” restoranında nişan mərasimin keçirliməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə dərhal RPŞ-nin əməkdaşları adıçəkilən restorana gələrək nişan mərasimini dayandırıb, obyekt sahibi və digər qonaqlar saxlanlıraq polis şöbəsinə gətirilib.
Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakini Tahir Muradov əvvəlcədən obyektin sahibi, əvəllər məhkum olunmuş, Tahir Novruzov ilə danışaraq restoranda nişan mərasimi keçirmələri barədə razılığa gəliblər.