Səttar Möhbalıyev: “Qaçqınlar sanatoriyaları yerli-dibli söküb aparırlar”
Avqust 06
14:32
2020
"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriyalarında, istirahət mərkəzlərində bizim qaçqın və məcburi köçkün bacı-qardaşlarımız uzun illərdir yaşayırlar. Onlar gedəndə də oranı yerli-dibli söküb aparırlar. Pəncərələri, döşəmələri sökürlər”.
"Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Səttar Möhbalıyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, dövlət tərəfindən AHİK-ə bir manat vəsait ayrılmır: "Mən bir dəfə bu məsələni qaldırıb Maliyyə Nazirliyinə təklif göndərdim ki, uzun illərdir ki, bu şəxslər AHİK-in sanatoriyalarında yaşayıblar. Bəs bizə niyə vasit ayrılmır? Biz vəsait tələb edəndə deyirlər ki, qeyri-dövlət təşkilatısınız. Yaxşı, biz qeyri-dövlət təşkilatıyıq, bizə güzəştli kreditlər verilsin ki, sanatoriyaları bərpa edək. Hesab edirəm ki, bu məsələyə baxılmalıdır”.

Qlobal.az