SON XƏBƏR

Siqaretin qiyməti qalxacaq: Aksiz dərəcəsi artıldı

Fevral 18
03:21 2020
Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Qlobal.az xəbər verir ki, qərara əsasən, aksiz dərəcəsi tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların 1000 ədədi üçün 20 manatdan 31 manata qaldırılıb.

Aksiz dərəcəsi tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədi üçün isə 28 manatdan 39 manata qaldırılıb.

Bu qərar dərc edildiyi gündən 30  gün sonra qüvvəyə minir.










Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook