Siyavuş Novruzov: “Əsrin müqaviləsi” Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətidir
Sentyabr 19
11:08
2019
"Ümumiyyətlə, "Əsrin müqaviləsi” çox möhtəşəm layihədir. Artıq 25 ildir ki, "Əsrin müqaviləsi” imzalanıb. Əgər biz həmin dövrə nəzər salsaq görərik ki, o zaman Azərbaycanda ictimai-siyasi vəziyyət çox ağır idi. İlk növbədə Azərbaycanda hərbi müxalifət fəaliyyət göstərirdi, ölkədə hərc mərclik var idi, separatçılıq hökm sürürdü".
Bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.
YAP İcra katibinin müavini bildirib ki, vaxtilə "Əsrin müqaviləsi” imzalanandan sonra bir neçə dəfə dövlət çevrilişlərinə cəhdlər olundu: "Lakin buna baxmayaraq Ümummilli Lider Heydər Əliyevin iradəsi və Ona olan dünya ölkələrinin etimadı sayəsində ən iri dövlətlər və şirkətlər Azərbaycanla bu müqaviləni imzaladı. Hətta Amerika kimi bir dövlət bu müqavilənin qarantı rolunda çıxış etdi. Nəticə etibarilə 25 il ərzində digər dövlətlərin yüz ilə keçdiyi yolu məhz Azərbaycan dövləti "Əsrin müqaviləsi”nin əldə etdiyi nəticələr hesabına əldə etdi. Bu müqavilədən irəli gələn öhdəliklər və bu müqavilənin tam yerinə yetirilməsi nəticəsində Azərbaycanın nəqliyyat dəhlizinə çevrilməsi, Azərbaycandan digər ölkələrə enerji resurslarının daşınması kimi böyük irəliləyişlər hər bir kəsin gözü önündədir.