SON XƏBƏR

SOS: 2 yaşlı Rəsulun mərhəmətli insanlara ehtiyacı var

Mart 11
18:41 2020
Şəkildə gördüyünüz bu oğlan 2 yaşlı Abdulrəhmanov Rəsul Faiq oğludur. 

Anadan gəlmə iki gözü görmür. Azərbaycanda çoxsaylı həkimlərin apardığı müalicələrə baxmayaraq 2 yaşlı Rəsulun müalicəsi mümkün olmayıb. Rəsulun gözlərinin görməsi üçün Türkiyədə fəaliyyət göstərən həkimlər bildirirlər ki, ona göz köçürülməlidir. Bu əməliyyatla 2 yaşlı Rəsulun qaranlıq dünyasına son qoyulacaq. Göz köçürülməsi əməliyyatı üçün isə İstanbuldakı klnikaya 11.400 dollar vəsait köçürtmək lazımdır. 

Ailənin bu məbləğə gücü çatmadığı üçün maddi dəstəyə ehtiyac  var. İmkanlı şəxslərdən balaca Rəsulun gözlərinin görməsi üçün köməklik göstərmələri xahiş olunur.

2 yaşlı Rəsula kömək eləmək istəyənlər anasının adına olan bank kartına pul köçürdə bilər. 
 
Qlobal.az
 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook