SON XƏBƏR

Sumqayıtdakı Heydər Əliyev Mərkəzinin şəhərin 70 illiyinə töhfəsi

Oktyabr 26
06:09 2019
Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhərin 70 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər təşkil edilir.

Qlobal.az AZƏRTAC-a istinadla xəbər verir ki, mərkəzin kitabxanasında Sumqayıtın tarixinə həsr olunmuş "Açıq dərs” keçirilib. Sumqayıtın tarixi haqqında dinləyicilərə məlumat verilib, sual-cavab edilib, videoçarxlar nümayiş olunub.

Bundan əlavə, "Sumqayıt-70: uğurlu inkişaf yollarında” mövzusunda dəyirmi masa təşkil olunub, görüşlər, müşavirələr keçirilib.

Doğma şəhərin təhsil ocaqlarının kollektivlərinin mərkəzdə keçirdiyi müxtəlif səpgili tədbirlər, ədəbi-bədii kompozisiyalar, konsertlər şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Heydər Əliyev Mərkəzində ekskursiyaların təşkili zamanı əməkdaşların təqdim etdiyi sərgilər, dərs otaqları, kitabxana və dərnək otaqları, mərkəzin fəaliyyəti haqqında ətraflı məlumatlar qonaqlarda xoş təəssürat yaradıb. Həmçinin ümummilli lider Heydər Əliyevin Sumqayıta səfərlərini əks etdirən zəngin materiallar haqqında qonaqlara geniş və ətraflı məlumat verilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook