SON XƏBƏR

Tağı Əhmədov Naxçıvandakı fonda pul ayırdı

Aprel 07
11:42 2020
Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət qurumlarının kollektivləri, hüquqi və fiziki şəxslər tərəfindən vəsaitlərin köçürülməsi davam edir.

Azvision.az -ın məlumatına görə, fonda vəsait köçürənlər arasında "Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədov da var. Belə ki, T.Əhmədov fonda 3000 manat ianə edib.

Qeyd edək ki, fond Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 24 mart tarixli fərmanı ilə yaradılıb. Hazırda fondun hesabına ümumilikdə 4 milyon 254 min 892 manat vəsait toplanıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook