SON XƏBƏR

Taleh Qaraşov Lənkəranda bələdiyyə sədri “seçdirib”

Dekabr 05
11:15 2019
23 dekabrda keçiriləcək bələdiyyə seçkləri Lənkəranda narazılıq doğurub.
 
AzToday.az-a daxil olan məlumata görə, Lənkəran Şəhər İcra Hakimiyyəti namizədlərə təzyiqlər etməyə başlayıb. Belə ki, icra hakimiyyətində sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin kadrlar üzrə işin aparıcı məsləhətçi işləyən Aygün Mirzəyevanı bələdiyyə sədri seçmək istəyirlər. İddiallara görə, Aygün Mirzəyevanın sədr olmasını istəməyən namizədlərdən namizədliyini geri götürmək tələb olunur.
 
Qeyd edək ki, Lənkəranda baş verən özbaşınalıqlar, hökm sürən qanunsuzluqlar yerli mətbuatın gündəminə dəfələrlə gəlib. Hətta icra başçısı Taleh Qaraşovun zəngin həyat tərzi Azərbaycanın hüdudlarından kənarda da məşhurdur. Onun hər il ailə üzvləri ilə birgə Çexiyadakı xərcləri Karlovı Varı şəhər sakinlərini də heyrətləndirir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin də mövqeyini dərc etməyə hazırıq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook