SON XƏBƏR

Tarif Şurasından 300-ə yaxın dərmanla bağlı qərar

Yanvar 05
12:03 2021
Tarif (qiymət) Şurasının yanvarın 4-də keçirilən iclasında yeni dövlət qeydiyyatından keçmiş 300-ə yaxın dərman vasitəsinin qiyməti də təsdiq olunub.

Qlobal.az xəbər verir ki, ticarət adı, farmaseptik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12.392 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Bununla yanaşı, Nazirlər Kabinetinin müvafiq qərarı ilə fitosanitar tədbirlərə və dövlət fitosanitar xidmətlərinə görə xidmət haqqının təsdiq edildiyi nəzərə alınaraq, Tarif (qiymət) Şurasının 01.08.2014-cü il tarixli 4 nömrəli Qərarı ləğv olunub.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) "Şuranın qərarları” bölməsində tanış olmaq olar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook