SON XƏBƏR

TƏBİB koronavirus testi ilə bağlı məlumat yaydı: “Üzr istəyirik, səhv olub..!”

İyul 27
01:38 2020
"27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcəkdir. Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumatda belə deyilir. 

Məlumata görə, 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub.

Bildirilir ki, qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edirik ki, testin nəticəsini nəzərə almasınlar: "27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcəkdir. Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook