SON XƏBƏR

Tehranda tələbələr hicaba etiraz etdilər

May 14
00:49 2019
Tehran Universitetinin tələbələri İran universitetlərində məcburi hicab geyinilməsinə qarşı etiraz aksiyası keçiriblər.

Bu barədə "Anadolu” nəşri yerli mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, yüzlərlə tələbə universitetin həyətində toplaşaraq etiraz edib.

Tələbələr əllərində "Bizim seçim hüququmuz var!” və "Ölüm alçalmaqdan yaxşıdır!” kimi şüarlar yazılan plakatlar tutublar.

Etiraz aksiyasına hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə ediblər.

Bu zaman islahatçı tələbələrlə mühafizəkar tələbələr arasında toqquşmalar baş verib. Mühafizəkarlar aksiyanın keçirilməsinə mane olmağa çalışıblar, iştirakçıları qanunlara riayət etməyə və universiteti tərk etməyə çağırıblar.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook