SON XƏBƏR

Təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edib

Dekabr 26
04:56 2019
Qəbuldan öncə Təhsil naziri Ceyhun Bayramov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ulu öndər Heydər Əliyevin Sumqayıtın mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyublar.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə köməklik göstərirlər.

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən cari ayın bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq dekabrın 20-də Təhsil naziri Ceyhun Bayramov Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Xızı, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin sakinlərini qəbul edir. Qəbulda Xızı rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edirlər.

Nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər edirlər.

Nazir Ceyhun Bayramov vətəndaşların müraciət və təkliflərini fərdi qaydada diqqətlə dinləyir, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verir.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook