SON XƏBƏR

Təhsil Nazirliyi ictimaiyyətə müraciət etdi

Mart 02
12:25 2021
Təhsil Nazirliyi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə məktəblərdə şagird və valideynlərdən pul yığılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu və ya digər hallarla bağlı qurumun "Qaynar xətt” xidmətinə (146-1) və yaxud [email protected] elektron poçt ünvanına anonim olmadan müraciət edilə bilər.

"Təhsil Nazirliyi qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir. Bu gün pedaqoji heyətimizin böyük əksəriyyətini təşkil edən xanım müəllimlərimizin, həm də fədakar ana kimi Vətən müharibəsində iştirak etmiş qəhrəman övladların yetişməsində rolu danılmazdır.

Bayram münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə, cəmiyyət olaraq birgə mübarizə aparmalı, dəyərlərimizi qorumalı və gələcək nəsillərə çatdırmalıyıq", - nazirlikdən vurğulanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook