SON XƏBƏR

Təhsil Nazirliyindən şöbə müdirinin təqaüdə göndərilməsi ilə bağlı açıqlama

Dekabr 19
12:30 2018
İmişli Rayon Təhsil Şöbəsinin müdiri Əmirov Ramiz Cahangir oğlunun təqaüdə göndərilməsi barədə xəbər vermişdik. "Report"un yaydığı məlumatda bildirilirdi ki, bu barədə təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Həmçinin qeyd edilirdi ki, müvafiq əmrlə bundan əvvəl Təhsil Şöbəsinin müdir müavini vəzifəsində çalışan Şükür Rəhimov müvəqqəti olaraq onun vəzifələrini icra edəcək.

Məsələ ilə bağlı Təhsil Nazirliyi bu gün açıqlama verib. Qaynarinfo-ya verilən məlumatda bildirilir ki, rayon (şəhər) təhsil şöbələrinin müdirləri yerli icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və işdən azad olunur:

"Rayon (şəhər) təhsil şöbələrinin müdirləri "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.9-cu maddəsinə əsasən mərkəzi icra hakimiyyətləri orqanları ilə razılaşdırılaraq yerli icra hakimiyyətləri tərəfindən vəzifəyə təyin və ya azad edilirlər. İmişli rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Rəhimov Şükür Həsrət oğlu 5 dekabr 2018-ci il tarixdən müdir vəzifəsini əvəz edir".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook