SON XƏBƏR

Təhsil nazirliyinin rəsmisi separatçı rejimin başçının "başına pul qoydu"

Noyabr 16
16:10 2020
Bakı Şəhər Baş Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Arayik Harutyunyanın "başına pul qoyub".
 
Qlobal.az xəbər verir ki, B.Məmmədovun sosial şəbəkədə paylaşdığı elanda separatçı rejimin başçısının başı üçün vəd etdiyi pulun məbləği 10000 manatdır. Lakin nazirlik rəsmisi elan edilən məbləğin artırılmasının imkanlı şəxslər üçün də açıq olduğunu elan edib.
 
Qeyd edək ki, Arayik Harutyunyan mediaya açıqlamasında Gəncə və Bərdə şəhərlərinə ballistik raketlərin atılması əmrini verdiyini söyləmişdi. 
 
Nazirlik rəsmisinin bu paylaşımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Belə ki, sosial şəbəkə istifadəçilərinin bəziləri bu cür düşünülməmiş açıqlamaların Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin yürütdüyü siyasətə zidd olduğunu vurğulayıb. 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook