SON XƏBƏR

Təmas xəttində erməni hərbi qulluqçusu saxlanılıb

Avqust 12
19:13 2019
Avqustun 12-si cəbhədə erməni tərəfindən fərarilik etmiş hərbi qulluqçu saxlanılıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Kazaryan Aro Xaykoviç cəbhənin Füzuli rayonu istiqamətində sərhədi keçib.

İlkin dindirilmə nəticəsində müəyyən olunub ki, düşmən hərbiçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir.

Erməni hərbi qulluqçu A.X.Kazaryanın uzun müddət ərzində dəfələrlə komandirləri və digər hərbi qulluqçular tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalması onun baş nahiyəsindəki hematomaları və bədənindəki yaralardan da aydın görünür.

Hazırda A.X.Kazaryana tibbi yardım göstərilir. Hadisənin araşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook