SON XƏBƏR

Tərtərdə deputatlığa namizədi bıçaqlamaq istədilər - Saxlanılan var

Fevral 16
03:22 2020
95 saylı Tərtər Seçki Dairəsindən deputatlığa namizəd, Qarabağ Azadlıq Təşkilatının (QAT) Tərtər rayon şöbəsinin sədr müavini Ziya Mahmudovu bıçaqlamaq istəyiblər.
 
Qlobal.az xəbər verir ki, bu barədə Qarabağ Azadlıq Təşkilatı məlumat yayıb. 
 
Məlumata görə Fikrət Yusifov adlı Tərtər sakini bıçaqla Ziya Mahmudova hücum edərək ona xəsarət yetirməyə cəhd edib.
 
Hücumdan yayına bilən Ziya Mahmudov polis idarəsinə gedərək hadisə ilə bağlı müraciət edib.
 
Fikrət Yusifov polis tərəfindən saxlanıldığı bildirilir.
 
Fikrət Yusifov deputatlığa namizəd Sahib Alıyevin təbliğat kampaniyasının təşkilatçılarından olduğu deyilir.
 
Qeyd edək ki, Ziya Mahmudovun atası Ağdam rayonunda gedən döyüşlərdə şəhid olub. 
 
Xatırladaq ki, Ziya Mahmudov deputatlığa namizəd Sahib Alıyevin seçicilərlə görüşündə etdiyi kəskin çıxışla gündəmə gəlmişdi.
 

 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook