SON XƏBƏR

Tərtərin icra başçısı koronaya yoluxdu

İyun 20
18:21 2020
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov koronavirusa yoluxub.

Axar.az-a daxil olan məlumata görə, icra başçısının koronavirus testi pozitiv çıxıb.

Hazırda Tərtər İH əməkdaşlarının nəzarətə alındığı bildirilir.

Tərtər şəhər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva faktı təsdiqləməyib.

Qeyd edək ki, Tərtərin deputatı Sahib Alıyev də koronavirusa yoluxub.

Bundan öncə Tovuz rayonunun icra başçısı Məmməd Məmmədov koronavirusa yoluxub, Samux rayon icra başçısının müavini Qəzənfər Əliyev isə bu virusdan dünyasını dəyişib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook