SON XƏBƏR

Tixanovskayanın xəbəri Litvadan gəldi

Avqust 11
11:03 2020
Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskaya təhlükəsizlikdədir, o Litvadadır. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Litvanın Xarici İşlər naziri Linas Linkeviçus öz Twitter hesabında yazıb.

Xatırladaq ki, bazar günü Belarusda prezident seçkiləri keçirilib. MSK-nın məlumatına görə, Lukaşenko 80,08%, Svetlana Tixanovskaya isə 10,09% səs toplayıb. Bununla birlikdə Svetlana Tixanovskayanın qərargahı seçkinin nəticələrini tanımadıqlarını bildirərək əlavə edib ki, ölkənin bütün bölgələrindəki seçki məntəqələrindən alınan məlumatlar onun seçicilərin 70-80%-nin dəstəyini qazandığını göstərir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook