SON XƏBƏR

Tokio olimpiadasının yeni tarixi açıqlandı

Mart 29
11:27 2020
Koronavirus pandemiyasına görə təxirə salınmış Tokio Yay Olimpiya Oyunlarının açılış mərasiminin tarixi açıqlanıb.

Bu barədə "New York Times" məlumat yayıb. Nəşrin məlumatına görə, yarışın açılış mərasimi 23 iyul 2021-ci ildə keçiriləcək. 

Bununla bağlı rəsmi qərarın bu gün açıqlanacacağı iddia olunub. Belə ki, bu gün Beynəlxalq Olimpiya Komitəsinin (IOC) təcili görüşü keçiriləcək və Tokio olimpiadasının yeni tarixini elan ediləcək. 

Qeyd edək ki, təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunları 24 iyul - 9 avqustda keçirilməli idi. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook