SON XƏBƏR

Tolikdən Araz Musayevə cavab: "Qarabağa getmək lazımdır, Suriyaya yox"

Oktyabr 16
00:41 2019
Xəbər verdiyimiz kimi, 9 qat Dünya, 3 qat Avropa çempionu Araz Musayev 14 oktyabr 2019-cu il tarixdə Türkdilli Dövlətlərin Sammitində iştirak etmək üçün Bakıya gələn Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Araz Musayev Türkiyə Prezidentinə Türk xalqının, onun yolunda şəhid olmağa hazır olduğunu bildirib və Suriyada Türk əsgəri ilə birgə terrorçulara qarşı döyüşmək üçün razılığın verilməsi məqsədilə Türkiyə Səfirliyinə müraciət etdiyini deyib.

Rəcəb Tayyib Ərdoğan isə tanınmış idmançının müraciətinə məmnunluqla cavab verib və "Biz gedərik, Siz də gələrsiniz" sözlərini deyib.

Tanınmış teleaparıcı və prodüser AZXEBER.COM-un rəsmi instagram səhifəsində paylaşılan bu xəbərə maraqlı şərhlə cavab verib.

"Qarabağa getmək lazımdır, Suriyaya yox. Bizimkilərin belə şirinliyindən olmaya. Allah şəhidlərimizə rəhmət eləsin" deyə yazıb.

Qlobal.az
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook