SON XƏBƏR

Tramp: “Çin Baydenin qalib gəlməsi üçün dezinformasiya kampaniyası aparır”

May 21
12:57 2020
ABŞ prezidenti Donald Tramp Çinin apardığı koronavirus haqda "dezinformasiya kampaniyası" və Amerikada prezident seçkisi arasında əlaqə olduğunu deyib.

Qaynarinfo xəbər verir ki, Tramp Tvitterdəki mikrobloqunda Çinin Demokrat Co Baydenin ABŞ prezidenti olmasını "çox istədiyini” bildirib: "Beləliklə Çin on illərlə olduğu kimi ABŞ-ı talan etməyə davam edə bilər”.

Bundan əlavə, ABŞ prezidenti bir daha bəyan edib ki, Çin hakimiyyəti "epidemiyanı asanlıqla dayandıra bilərdi, amma bunu etmədi".

ABŞ prezidentdi dəfələrlə Çinin koronavirusla bağlı yarımçıq və ya yanlış məlumat verməsi haqda iddialar səsləndirib.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook