SON XƏBƏR

Tramp paradda nüvə silahı nümayiş etdirməyən Kim Çen Ina təşəkkür edib

Sentyabr 10
10:34 2018
ABŞ prezidenti Donald Tramp KXDR-in 70 illik yubileyi şərəfinə Pxenyanda keçirilən hərbi parada müsbət reaksiya verib.

"Report" xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Twitter" səhifəsində yazıb.

ABŞ prezidenti həmçinin paradda nüvə silahı nümayiş etdirilmədiyinə görə Şimali Koreya liderinə təşəkkür edib.

"Təşəkkür edirəm, sədr Kim. Birlikdə hamının səhv düşündüyünü sübut edəcəyik. Bir-birinin xoşuna gələn iki nəfər arasında dialoqdan yaxşı şey yoxdur. Vəzifəyə gəldiyim andakı vəziyyətlə müqayisədə indi hər şey xeyli yaxşıdır", - D.Tramp bildirib.

Qeyd edək ki, KXDR-dəki hərbi paradda10 min hərbçi iştirak edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook