SON XƏBƏR

Trampdan şərhsiz paylaşma: İran diplomatları arxa qapıdan qaçdı

Noyabr 04
14:03 2019
İraqda hökumət əleyhinə nümayişlər dünən gecə Kərbəla şəhərində daha da alovlanıb. 

Qaynarinfo xəbər verir ki, dünən bir qrup nümayişçi İranın Kərbəladakı Baş Konsulluğu qarşısında çıxış edərək, binanın bayır divarlarını dağıdıb.
 
Nümayişlər davam etdiyi vaxt Kərbəladakı konsulluğun binasının qarşısında asılmış İran bayrağı endirilib. Yerli mediada verilən xəbərə görə, konsulluq işçiləri və diplomatlar binanın arxa qapısından qaçaraq canlarını qurtarıb. 

ABŞ Prezidenti Donald Tramp dünən gecə baş vermiş qorxulu hadisələrin görüntülərini 66 milyondan artıq izləyicilərinə paylaşıb. O, paylaşdığı videoya heç bir şərh verməyib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook