Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb
İyun 03
10:42
2020
Türkiyə Azərbaycan vətəndaşları üçün bu ölkədə vizasız qalmaq müddətini 90 günədək uzadıb.
"Report” xəbər verir ki, bununla bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.
Qərara əsasən, 2020-ci ilin fevralın 25-də Bakıda imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" saziş təsdiqlənib.
Qərar iyunun 3-də Türkiyənin "Rəsmi qəzeti”ndə dərc edilib.