SON XƏBƏR

Türkiyə ''Samur'u' Afrinə göndərdi (VİDEO)

Mart 14
15:15 2018
Türkiyənin "Samur" hərbi texnikası Afrinə doğru yola çıxıb.
 
"Samur" texnikasından terrorçuların qazdığı xəndəkləri keçmək üçün körpü kimi istifadə ediləcək.
 
Qeyd edək ki, sözügedən zirehli texnika bioloji, kimyəvi, radioloji və nüvədən müdafiə xüsusiyyətinə malikdir. Hücum körpü maşınının şüşələri də güllə keçirmir. Gecə görüntü kameraları olan "Samur" sahib olduğu bu imkanlarla dünyada ən yaxşıdır. Bir çox ölkə ordusuna bu texnikanı cəlb etmək üçün türkiyəli rəsmilərlə görüşlər keçirir.
 
Xatırladaq ki, bundan öncə də daşınan körpülər Suriyaya göndərilib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook