SON XƏBƏR

Türkiyədə kəşfiyyatçı təyyarəsi qəzaya uğradı, 7 nəfər həlak oldu

İyul 16
09:25 2020
Türkiyənin şərqindəki Van əyalətində təhlükəsizlik xidmətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində azı 7 nəfər ölüb.

Qaynarinfo NTV-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.

Qəzanın yerli vaxtla saat 03:00 radələrində baş verdiyi deyilir.

Təyyarə kəşfiyyat və müşahidə missiyası həyata keçirirmiş. Ölənlər arasında iki pilot da var.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook