SON XƏBƏR

Türkiyədə Rusiya casusları olduğu iddia edilən şəxslər həbs olundu

Oktyabr 23
10:50 2020
Türkiyə xüsusi xidmət orqanları Rus qazının əsas alıcısı olan və 2018-ci ilə qədər "Qazprom”a məxsus "Bosphorus Gaz”ın idarəedici müavinini və daha beş işçisini nəzarətə götürüb.

Qaynarinfo xəbər verir ki, bu haqda Türkiyədə nəşr olunan "Daily Sabah” məlumat yayıb.

Qəzetin yazdığına görə, istintaq əsas müttəhim Əməl Öztürkün ən azı 2020-ci ilin aprel ayından bəri xarici bir şirkətin üç nümayəndəsi ilə əlaqə saxladığını və onlara Türkiyə tərəfindən qaz alışı həcmi və qiymətləri barədə məlumat verdiyini düşünür. Qəzet əlavə edir ki, onun hərəkətlərindən gələn zərər milyardlarla dollar təşkil edə bilər.

Bəzi mətbuatda yer alan məlumatlara görə, xarici şirkət Qazprom ola bilər. Rusiya monopoliyasının Türkiyənin Qara dənizdə kəşf etdiyi qaz yatağı ilə əlaqəli məlumatlarla maraqlana biləcəyi ehtimal edilir.

Türk mətbuatı məlumatlı mənbələrə istinad edərək, "casus qalmaqalının" Rusiya qazının Türkiyəyə tədarükü üçün müqavilələrin uzadılması ilə bağlı danışıqları təhdid edə biləcəyini iddia edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook