SON XƏBƏR

Türkiyənin müdafiə nazirindən Dağlıq Qarabağla bağlı yeni açıqlama

Noyabr 17
19:11 2020
"Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün Birgə Monitorinq Mərkəzinin yaradılması üçün Rusiya ilə imzaladığımız memorandum çərçivə sənədidir, bunu tamamlamaq üçün üzərində işləmək lazımdır”.

Bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar söyləyib.

O qeyd edib ki, bununla bağlı Rusiyadan nümayəndə heyəti Türkiyəyə səfər edib: "Müzakirələr aparılıb, qarşılıqlı çalışmamız davam edir”.

Nazir Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilərkən evləri, meşələri yandırmasını pisləyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook